"ŞƏMKİR" ZAQATALADAN QƏLƏBƏYLƏ QAYIDIR

"ŞƏMKİR" ZAQATALADAN QƏLƏBƏYLƏ QAYIDIR
Futbol
30 Sentyabr 2016 - 20:20
Futbol üzrə Azərbaycan I Divizionunda bu gün keçirilən 3 oyunla IV tura yekun vurulub.

"Rəvan" "Bayıl Arena"da "Bakılı"nı 3:2 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində vaxtilə "İnter" və "Qarabağ"da çıxış etmiş Elnur Abdulov dubl edib.

"Zaqatala" dogma divarlar arasında "Şəmkir"ə uduzub – 1:2. Zaqatala komandasının yeganə qolunu "Neftçi", "Sumqayıt" kimi klublarda oynamış Emin Mehdiyev vurub. Qəhrəman Əliyevin çalışdırdığı Şəmkir təmsilçisində Qeyrət Qənbərov 2 dəqiqəyə dubl edib.

"Şahdağ" – "Mil-Muğan" oyununda qalib müəyyənləşməyib – 2:2. Qusar klubunun heyətində Nuraəhmədov qardaşları – Habil və və Kamil fərqlənib.

"Rəvan" 3-2 "Bakılı"

(Aslan Hüseynov, 28; Elnur Abdulov, 85, 90 // Timur Dadaşov, 27 (p.); Vüsal Nağıyev, 38)

"Zaqatala" 1-2 "Şəmkir"

(Emin Mehdiyev, 84 // Qeyrət Qənbərov, 78, 80)

"Şahdağ" 2-2 "Mil-Muğan"

(Habil Nurəhmədov, 76; Kamil Nurəhmədov, 81 // Samir Babayev, 65; Mansur Nəhavəndi, 90+2)

Qeyd edək ki, 4 turdan sonra 12 xal toplayan "Turan Tovuz" vahid liderdir. "Qaradağ Lökbatan", "Şəmkir" və "Səbail" komandaları hərəyə 9 xal toplayıblar.

Digər xəbərlər