ZAUR SVANADZE: "RƏQİBƏ QOL HƏDİYYƏ ETDİK"

ZAUR SVANADZE: "RƏQİBƏ QOL HƏDİYYƏ ETDİK"
Futbol
30 Sentyabr 2016 - 18:23
Supersport.Az-ın məlumatına görə, "Zirə" ilə qarşılaşmanın ardından "İnter"in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

"İlk hissədə oyuna nəzarət edirdik. İkinci yarıda isə rəqib təzyiqini artırdı. Cinah asmalarına üstünlük verirdilər. Bəzi futbolçular zədələndi. Rəqibə qol hədiyyə etdik. Ancaq hələ hər şey irəlidədi. Bu gün 1 xal qazandıq. Ümid edirəm ki, zədəlilər tez sıraya dönər. Futbolçularımız çox aqressiv idi. Buraxılan qola görə hədsiz emosiya göstərdilər. Ancaq futbolda belə hallar olur. Bunu normal qarşılamaq lazımdır. Futbol gözlənilməzlikləriylə sevilir. Biz geriyə çəkilmək fikrində deyildik. Daim hücum futbolu oynamağa çalışırıq. Sadəcə, rəqibin təzyiqi bizi müdafiə olunmağa məcbur etdi. İlkin Qırtımovun zədələnməsi də rolunu oynadı.

Fasilədə öz bazamızda məşq edəcəyik. Bu müddət ərzində bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Ancaq hələ rəqib müəyyənləşməyib".

Ramil

Digər xəbərlər