UEFA MİLLİMİZİN EV OYUNLARININ ÇƏKİLİŞİNİ BU TELEKANALA HƏVALƏ ETDİ

UEFA MİLLİMİZİN EV OYUNLARININ ÇƏKİLİŞİNİ BU TELEKANALA HƏVALƏ ETDİ
Futbol
30 Sentyabr 2016 - 17:37
Supersport.Az-ın məlumatına görə, futbol üzrə milli komandamızın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarının çəkilişlərini həyata keçirəcək telekanal məlum olub.

Yığmamızın qarşılaşmalarını "CBC Sport"da canlı izləmək mümkün olacaq. Bu haqda telekanalın baş direktoru Volkan Üst məlumat verib:

"Artıq UEFA ilə bu barədə razılıq əldə etmişik. Milli komandamızın Bakıda keçirəcəyi oyunların çəkilişini "CBC Sport" reallaşdıracaq. Kameralar, yayımın rejissorları və lazım olan digər avadınlıq bizim kanaldan olacaq. Səfər oyunları isə İctimai Televiziya ilə yayımlanacaq. "CBC Sport" qısa müddət ərzində beynəlxalq yarışlar, müxtəlif turnirləri tamaşaçılara təqdim edib və UEFA bu məsuliyyətli işi bizə tapşırdı".

Digər xəbərlər