"FİORENTİNA"NIN BAŞ MƏŞQÇİSİ: "DÜNYANIN ƏN XOŞBƏXTİ MƏNƏM"

"FİORENTİNA"NIN BAŞ MƏŞQÇİSİ: "DÜNYANIN ƏN XOŞBƏXTİ MƏNƏM"
Futbol
30 Sentyabr 2016 - 13:55
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Fiorentina" - "Qarabağ" (5:1) matçından sonra italyanların baş məşqçisi Paolo Souza fikirlərini açıqlayıb.

Mütəxəssis özünü xoşbəxt hiss etdiyini bildirib:

"Oyundan razı qaldım. "Qarabağ" yaxşı komandadır. Onlar daha əvvəl bunu sübut etmişdilər. Qırmızı vərəqəylə cəzalanana kimi, rəqib çox yaxşı mübarizə aparırdı. Ümumiyyətlə, müdafiəçinin meydandan qovulması bizə çox kömək etdi, oyuna nəzarət etməyə başladıq. Belə futbol mənim çox xoşuma gəlir. Kaliniç və Babakar tandemi üzərində işləyirik. Zaratenin qayıdışı da məni çox sevindirdi. İndi özümü dünyanın ən xoşbəxt məşqçisi hesab edirəm".

Digər xəbərlər