UEFA PREZİDENTİ BAKIDA

UEFA PREZİDENTİ BAKIDA
Futbol
29 Sentyabr 2016 - 21:49
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib. Tədbir sentyabrın 30-da, saat 19.00-da, Bakı Olimpiya stadionunda keçiriləcək.


Xatırladaq ki, A.Çeferin Avropa Liqasının "C" qrupunda, bu gün, saat 19.00-da, Bakıda keçirilən "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyib.

Digər xəbərlər