QURBAN QURBANOV: "İTALİYADAN SƏRFƏLİ NƏTİCƏ İLƏ QAYITMALIYIQ"

QURBAN QURBANOV: "İTALİYADAN SƏRFƏLİ NƏTİCƏ İLƏ QAYITMALIYIQ"
Futbol
28 Sentyabr 2016 - 21:58
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İtaliyanın "Fiorentina" klubunun qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

"Tarixi olan bir komandaya qarşı oynayacağıq. "Fiorentina" güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq".

 

Digər xəbərlər