MİLLİ QƏHRƏMANIN XATİRƏ TURNİRİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

MİLLİ QƏHRƏMANIN XATİRƏ TURNİRİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ
Futbol
28 Sentyabr 2016 - 21:26
Lökbatan qəsəbəsində yerləşən Təlim – İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı C.Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.

2005-2006-cı il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 12 komanda tərkibində 120 nəfər iştirak edib. Yarışda I yeri Qaradağ komandası, II yeri Sahil komandası, III yeri Lökbatan komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunublar.

Digər xəbərlər