"MAYNTS"IN BAŞ MƏŞQÇİSİ: "QƏBƏLƏ"NİN ZƏİF CƏHƏTLƏRİNİ YAXŞI BİLİRİK"

"MAYNTS"IN BAŞ MƏŞQÇİSİ: "QƏBƏLƏ"NİN ZƏİF CƏHƏTLƏRİNİ YAXŞI BİLİRİK"
Futbol
28 Sentyabr 2016 - 21:03
Supersport.Az-ın məlumatına görə,  "Qəbələ" ilə oyun ərəfəsində "Maynts"ın baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandırıb.

"Bura gəlişimiz çox çətin oldu. Demək olar ki, bütün şəhəri gəzdik. 100 dəqiqə avtobusda olduq. Tez bir zamanda məşqə çıxmaq istəyirik. Səbirsizliklə, sabahki oyunu gözləyirik".

- Bu oyunda məqsəd yalnız qələbədir?

- Əlbəttə, evdə maksimum nəticə, səfərdə mümkün qədər çox xal toplamaq fəlsəfəsi qrupda keçərlidir. Ancaq ilk turda evdə xal itirdiyimizdən bu dəfə səfərdə 3 xalla itkini kompensasiya etməyə çalışacağıq.

- Onsuz da yaxşı olmayan ot örtüyünün vəziyyəti yağışlı havada məşq keçdikdən sonra daha da ağırlaşacaq. Bu, sizi narahat edirmi?

- Meydanı hələ görməmişəm. Məşqdə durumla tanış olacağıq. Bizim üçün çox çətin olacaq. Amma hər iki komanda üçün şərtlər eynidir. Çalışacağıq ki, oyunboyu tempi yüksək tutaq.

- Rəqibin zəif və güclü tərəfləri nələrdir? Sabah qalib gəlmək üçün nə etmək lazımdır?

- “Qəbələ”nin bir neçə oyununu izləmişik. Premyer-liqa və Avroliqadakı oyunları fərqlənir. Rəqibin nəyə qadir olduğunu, güclü və zəif tərəflərini bilirik. Bundan maksimum yararlanmağa çalışacağıq.

- Qrupda əsas rəqib kimi hansı komandanı görürsünüz?

- Məncə ən güclü rəqib “Sent-Etyen”dir. Onları qrup birincisi kimi favorit görürəm. “Anderlext”, “Maynts-05” və “Qəbələ”nin şanslarını isə bərabər sayıram. Bu komandalar demək olar ki, eyni gücdədirlər.

- Heyətlə bağlı narahatlıq varmı?

- Artıq komandanın kapitanı sıraya dönüb. 100 faiz oynamağa hazırdır. Gerrit Holtmann bir az xəstədir. Müəyyən rotasiyalara əl atacağıq. Dayaq yarımmüdafiəçiləriylə bağlı hər hansı problem yoxdur.

Musa

Digər xəbərlər