AZAL PFL-İ SAYMADI

AZAL PFL-İ SAYMADI
Futbol
27 Sentyabr 2016 - 20:30
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsi kluba xəbərdarlıq edib.

Məsələ burasındadır ki, Azərbaycan Premyer Liqasının VI turunun AZAL – "İnter" matçında meydan sahibi olan komanda Peşəkar Futbol Liqasının himnini səsləndirməyib və stadionun tablosu işlək vəziyyətdə olmayıb. Buna görə AZAL-a xəbərdarlıq edən AFFA, bu hal yenidən təkrarlanacağı təqdirdə, klubla bağlı daha ciddi tədbir görüləcəyini bəyan edib.

Digər xəbərlər