ƏVVƏL "FİORENTİNA", SONRA "QARABAĞ"

ƏVVƏL "FİORENTİNA", SONRA "QARABAĞ"
Futbol
27 Sentyabr 2016 - 20:28
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Fiorentina" (İtaliya) - "Qarabağ" matçından öncəki mətbuat konfranslarının vaxtı məlum olub.

Əvvəlcə Florensiya klubunun baş məşqçisi Paulo Souza jurnalistlərin qarşısına çıxacaq. Sorğu-sual Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun jurnalistlərlə görüşü isə saat 21:00-da baş tutacaq.

"Fiorentina" - "Qarabağ" matçı sentyabrın 29-da Florensiyadakı "Artemio Franki" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Digər xəbərlər