FİFA-NIN QADAĞASI "İNTER"Ə TƏTBİQ OLUNDU

FİFA-NIN QADAĞASI "İNTER"Ə TƏTBİQ OLUNDU
Futbol
27 Sentyabr 2016 - 18:43
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin "İnter" PİK klubu haqqında 26.05.2016 - cı il tarixində qərar qəbul etdiyini bildirib. Belə ki, "İnter" PİK klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilir:

1. Azərbaycan Premyer Liqasında çıxış edən "İnter" PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulsun.

Premyer Liqanın III turundan təxirə salınmış "Qəbələ" – "Sumqayıt" matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. Qəbələ klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində "Sumqayıt" klubunun baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 800 manat cərimələnib.

 

Digər xəbərlər