"MANÇESTER SİTİ" QƏLƏBƏ SERİYASINI DAVAM ETDİRİR - VİDEO

"MANÇESTER SİTİ" QƏLƏBƏ SERİYASINI DAVAM ETDİRİR - VİDEO
Futbol, Video
24 Sentyabr 2016 - 21:57
İngiltərə Premyer Liqasında 6-cı turun qarşılaşmaları davam edir.

Supersport.Az xəbər verir ki, lider "Mançester Siti" səfərdə "Suonsi Siti"nin qonağı olub. İlk 5 matçda qələbə qazanan "şəhərlilər" bu dəfə də meydandan qalibiyyətlə ayrılmağı bacarıb. Qvardiolanın yetirmələri rəqibini 3-1 hesabı ilə məğlub edərək liderliyini davam etdirib.

 

"Suonsi Siti" - "Mançester Siti" 1:3

QOLLAR: Fernando Lorente, 13 - Serxio Aquero, 9, 66 (pen), Rahim Sterlinq, 77

 

Digər xəbərlər