DAHA BİR GÜLƏŞÇİMİZ DÜNYA ÇEMPİONU OLDU

DAHA BİR GÜLƏŞÇİMİZ DÜNYA ÇEMPİONU OLDU
Digər, Güləş
23 Sentyabr 2016 - 20:45
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. Supersport.Az-ın məlumatına görə,çempionatın üçüncü günündə 59, 66, 71 və 75 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

71 kq-da mübarizə aparan Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq çempionatın qızıl medalına sahib olub. Finalda güləşçimiz Rusiya idmançısı Adam Kurakdan üstün olub.

66 kq çəkidə yarışan Kamran Məmmədov yalnız final görüşünü uduzaraq gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) qazandırıb.

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışacaq.

Digər xəbərlər