MAHİR ŞÜKÜROV: "BUDUR, EVİMDƏYƏM"

MAHİR ŞÜKÜROV: "BUDUR, EVİMDƏYƏM"
Futbol
23 Sentyabr 2016 - 07:45
Millimizin sabiq üzvü Mahir Şükürov "Neftçi"yə dönüşü haqda fikir bildirib.

Supersport.Az-ın məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi şəxsi "facebook" səhifəsində yazıb.

Klubun hazırkı kapitanı Araz Abdullayevlə avtobusda çəkilmiş fotosunu paylaşan Şükürov bunları yazıb:

"Hər şey yaxşıdır. Mən demişdim ki, "Neftçi"dən başqa heç yerdə oynamayacağam. Budur, evimdəyəm".

Qeyd edək ki, Mahir Şükürov hələlik formasını bərpa etmək üçün "Neftçi"nin məşqlərinə qoşulub. Hazırlıq durumu məşqçilər heyətini qane etsə, onunla müqavilə bağlanılacağı istisna deyil.

Digər xəbərlər