RƏŞAD MƏŞQÇİLİYİNDƏN DANIŞDI

RƏŞAD MƏŞQÇİLİYİNDƏN DANIŞDI
Futbol
23 Sentyabr 2016 - 07:35
"Baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir. Bu, mənimçün sübut olundu".

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubunun rəsmi saytına belə deyib.

34 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. "Qarabağ" həmin matçda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.

R. Sadıqov debüt oyunu haqda açıqlamasında baş məşqçiliyin çox məsuliyyətli iş olduğunu söyləyib:

"Oyuna gəlincə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkli idi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq. Amma buna baxmayaraq daha çox çalışmalıyıq. Qələbə qazana da bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".

Digər xəbərlər