"NEFTÇİ"DƏN ZƏDƏLİ FUTBOLÇULARLA BAĞLI XƏBƏR

"NEFTÇİ"DƏN ZƏDƏLİ FUTBOLÇULARLA BAĞLI XƏBƏR
Futbol
23 Sentyabr 2016 - 03:01
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin tibbi-bərpa mərkəzi zədəli futbolçularla bağlı xəbər yayıb.
Yarımmüdafiəçi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.
Topuğundan zədə almış Murad Ağayev də bərpa prosesi keçir. Yarımmüdafiəçinin sentyabrın 26-27-də komanda ilə məşqlərə başlayacağı planlaşdırılır.
Orxan Qurbanlı da həmçinin topuğundan zədələnmişdi. Lakin onun bərpa prosesini sentyabrın 27-28-də başa vuraraq komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Aqşin Qurbanlı isə dizindən aldığı zədədən müalicə olunur. Yarımmüdafiəçinin fərdi məşqlərə sentyabrın 26-27-də start verəcəyi nəzərdə tutulub.
Dabanından zədələmiş Kamran Nəcəfzadə hazırda bərpa prosesi keçir.
Müdafiəçi Vançe Şıkovun topuğunun müalicəsi başa çatıb. Makedoniyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir.

Digər xəbərlər