UEFA PREZİDENTİ BAKIYA GƏLİR

UEFA PREZİDENTİ BAKIYA GƏLİR
Futbol
22 Sentyabr 2016 - 18:42
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis paytaxtımıza gələcək.


Qitə qurumunun rəhbərliyi AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün Bakıya təşrif buyuracaq. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.


Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Digər xəbərlər