RAMİL ŞEYDAYEVİN QOL VURDUĞU MATÇDA "TRABZONSPOR" DARMADAĞINLA QALİB GƏLDİ - VİDEO

RAMİL ŞEYDAYEVİN QOL VURDUĞU MATÇDA "TRABZONSPOR" DARMADAĞINLA QALİB GƏLDİ - VİDEO
Futbol, Video
22 Sentyabr 2016 - 00:36
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bu gün “Trabzonspor”da rəsmi debüt edib.

Supersport.Az xəbər verir ki, bu, Qara dəniz təmislçisinin bu gün Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”la qarşı keçirdiyi görüşdə baş verib.

Şeydayev oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, Mehmet Ekicini əvəzləyib. Ramil  rəsmi debüt görüşündə komandasının 6-cı qolunu vurub. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Trabzonspor" - "Serhat Ardahanspor" 6:0

QOLLAR: Mustafa Akbaş, 25, 77, Deym Ndoye, 47, Hyun-Jun Suk, 59, Okay Yokuşlu, 83, Ramil Şeydayev, 85


 

 

 

 

 

 

Digər xəbərlər