SƏRBƏST GÜLƏŞÇİMİZ HƏRBÇİLƏR ARASINDA DÜNYA ÇEMPİONU OLDU

SƏRBƏST GÜLƏŞÇİMİZ HƏRBÇİLƏR ARASINDA DÜNYA ÇEMPİONU OLDU
Digər, Güləş
22 Sentyabr 2016 - 01:34
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçirilir.

Supersport.Az xəbər verir ki, ilk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.
Ağahüseyin Mustafayev 65 kq, Coşqun Əzimov 70 kq çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq gümüş medalla kifayətlənib.

61 kq-da mübarizə aparan Mircəlal Həsənzadə isə 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir

Digər xəbərlər