ZİDAN QVARDİOLAYA ÇATDI

ZİDAN QVARDİOLAYA ÇATDI
Futbol
19 Sentyabr 2016 - 12:18
"Real"ın baş məşqçisi Zinəddin Zidan üçün İspaniya La Liqasının 4-ci turunda  "Espanyol"la oyun (2:0) əlamətdar olub.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis  sözügedən görüşlə ölkə çempionatında ardıcıl 16-cı qələbəsini qazanıb. Bununla da o, bu göstəricidə rekord qıran Barselona"nın sabiq baş məşqçisi, hazırda "Mançester Siti"də çalışdıran Pep Qvardiolaya çatıb.

Z.Zidan La Liqanın 5-ci turunda qələbə qazanacaqları təqdirdə, La Liqada ən uzun müddət qələbə seriyasını davam etdirən tək məşqçi olacaq.

Qeyd edək ki, P.Qvardiola 2010/2011 mövsümündə çalışdırdığı "Barselona" ilə La Liqada ardıcıl 16 görüşdə qalib gəlib.

Digər xəbərlər