DANİ KİNTANA: "ÇIXIN, BİZİM YERİMİZƏ OYNAYIN"

DANİ KİNTANA: "ÇIXIN, BİZİM YERİMİZƏ OYNAYIN"
Futbol
16 Sentyabr 2016 - 05:47



“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana “Slovan”la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Supersport.Az saytı ispan yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

- “Qarabağ” “Slovan”la oyunda 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Oyuna nəzarət edirdik, üstünlük bizim tərəfimizdə idi. Bununla belə, sonda uduza da bilərdik. Son dəqiqədə qol vurub, hesabı bərabərləşdik. 1 xal yaxşı nəticədir.

- Erkən buraxılan qolu nə ilə əlaqələndirmək olar?

- İlk saniyələrdə qol buraxmaq çətindir. Bundan sonra hər komanda toparlana bilmir. Lakin biz toparlandıq və tezliklə cavab qolu vurduq. Birinci hissədə hesabda önə də keçə bilərdik. Ancaq bunu bacarmadıq. Bu nəticəni normal hesab edirəm.

- Bədavi Hüseynovun yoxluğunda “Qarabağ”ın müdafiə xətti bu gün yaxşı təsir bağışladı.

- Bədavi komandamızın aparıcı üzvüdür. Amma bu gün onun yoxluğunun hiss olunduğunu demək çətindir. Qapımızda 2 qol görsək də, bu, müdafiəçilərin səhvi deyildi.

- Dani qol şanslarını boşa verməyi nə vaxt tərgidəcək?

- Bunu kim deyir?

- Hər halda, qol şanslarını qaçırmağınız faktdır.

- Bunu sən deyirsən? Problem yoxdu. Bizim yerimizə meydana çıxın, görək oynaya biləcəksiz?! Ötən oyunda 3 qol vurduq. Alınanda fərqlənmək mümkün olur. Hər dəfə qol vurmaq asan deyil.

Digər xəbərlər