RİO-2016: AZƏRBAYCAN 9-CU MEDALI QAZANDI

RİO-2016: AZƏRBAYCAN 9-CU MEDALI QAZANDI
Digər, Paralimpiya
15 Sentyabr 2016 - 10:44
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley gümüş medal qazanıb.

Supersport.Az-ın məlumatına görə, arxası üstə üzmə üsul ilə yarışların finalında Roman Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.

Qeyd edək ki, bundan əvvəl R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib. Ötən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.

Digər xəbərlər