MİLAN BAROŞ "QARABAĞ"LA OYUNDAN DANIŞDI

MİLAN BAROŞ "QARABAĞ"LA OYUNDAN DANIŞDI
Futbol
14 Sentyabr 2016 - 20:48


  1. "Slovan"ın futbolçusu Milan Baroş Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında iştirak edib.


Supersport.Az-ın məlumatına görə, əfsanəvi çex futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Özünüzü necə hiss edirsiniz?

- Sonuncu dəfə “Qalatasaray”la UEFA yarışının qrup mərhələsində oynamışam. Uzun müddət sonra yenidən burada oynayacağıma görə şadam.

- Kapitanınızın yoxluğu sizin oyununuza nə dərəcədə təsir edəcək?

- Əlbəttə, onun yoxluğu böyük itkidir. Çalışacağıq ki, matçı yüksək səviyyədə keçirək.

- Sabah “Qarabağ”ın heyətində gənc futbolçu Bədavi Hüseynov olmayacaq. Rəşad Sadıqov isə sizinlə eyni yaşdadır. Bunu sizin üçün üstünlük saymaq olar?

- Kiminsə yoxluğuna fikir vermirik. Əsas olan komandanın çıxışıdır. Öz oyunumuzu göstərməyə çalışacağıq.

Digər xəbərlər