GƏNCLƏRİMİZ AVROPA ÇEMPİONATINDA 2 QIZIL MEDAL QAZANIB

GƏNCLƏRİMİZ AVROPA ÇEMPİONATINDA 2 QIZIL MEDAL QAZANIB
Digər, Ağır Atletika
13 Sentyabr 2016 - 11:22
Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan yığması üçün uğurlu olub. Yığmamızın üzvləri Səbinə Əzimova (48 kq) və Fuqan Əliyev (62 kq) qitə birinciliyinin qızıl medallarına sahib olublar.

Supersport.Az xəbər verir ki, yeniyetmələr arasında mübarizə aparan ağır atletimiz Fuqan Əliyev birdən 105 kiloqram, təkanla qaldırma hərəkətində isə 135 kiloqram ağırlığın öhdəsindən gələrək toplam 235 kiloqram nəticə göstərib və Azərbaycan yığmasının hesabına ilk qızıl medalı qazandırıb.

İkinci qızıl medalı gənclər arasında ölkəmizi təmsil edən yığmamızın üzvü Səbinə Əzimova əldə edib. Atletimiz birdən 65 kiloqram və təkanla 87 kiloqram ağırlığı qaldıraraq toplam 152 kiloqram nəticə ilə karyerasında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, bundan əvvəlki günlər atletlərimiz Rüstəm Qasımov və İsmayıl Məmmədov Azərbaycan millisinin aktivinə qitə birinciliyinin bürünc medallarını yazdırmışdı.

Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

Digər xəbərlər