FUTBOLÇU YADDAN ÇIXDI

FUTBOLÇU YADDAN ÇIXDI
Futbol
12 Sentyabr 2016 - 13:10


Türkiyə superliqasının 3-cü turunda keçirilən “Fənərbaxça” – “Bursaspor” oyunundan sonra maraqlı hadisə baş verib.

Supersport.Az-ın Türkiyə mətbautına istinadən yaydığı xəbərə görə, qonaqların müdafiəçisi Aziz Behiç görüşdən sonra stadionda qalıb.

"Mix-zona"da jurnalitlərə müsahibə verən A.Behiç oranı tərk etdikdən sonra komandanın avtobusunu tapa bilməyib. Avstraliya millisinin üzvünün klub rəsmilərinin yadından çıxdığı və avtobusun onu gözləmədən Bursaya getdiyi məlum olub. Bir müddət “Şükrü Saraçoğlu” stadionunda gözləyən 26 yaşlı oyunçu daha sonra xüsusi avtomobillə avtobusa çatıb.

Qeyd edək ki, “Fənərbaxça” – “Bursaspor” oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər