ELVİN YUNUSZADƏ: "BAŞ MƏŞQÇİMİZ NƏ ZAMAN İSTƏSƏ, OYNAMAĞA HAZIRAM"

ELVİN YUNUSZADƏ: "BAŞ MƏŞQÇİMİZ NƏ ZAMAN İSTƏSƏ, OYNAMAĞA HAZIRAM"
Futbol
10 Sentyabr 2016 - 09:07


Premyer Liqanın 4-cü turunda "Qarabağ" "Əlincə Arena"da qəbul etdiyi AZAL-ı 6:0 hesabı ilə darmadağın edib.

Supersport.Az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun müdafiəçisi Elvin Yunuszadə fikirlərini jurnalistlərlə bölüşüb.

- Bu oyunu sizin üçün yüngül məşq adlandırmaq olar?

- Xeyr, biz bütün oyunlara ciddi hazırlaşırıq. Düzdür, bu gün oyunumuz yaxşı alındı. Hər kəs düşünür ki, asandır, amma heç bir oyun belə deyil. Düzdür, bizdə də çatışmamazlıqlar var idi. Bu gün bizimdə bəxtimiz gətirdi. Demək olar ki, əlimizə düşən bütün imkanları, qola çevirə bildik. Bu oyun ''Slovan''la matçdan öncə, bizim üçün əla motivasiya oldu.

- Oyun ''Dalğa Arena''da olacaq. Bu sizə hər hansı cəhətdən mənfi təsir edəcəkmi?

- Düzdür, biz Respubilka Stadionuna öyrəşmişik. Mən də, uzun müddətdir ki, ''Dalğa Arena''da futbol oynamıram. Ancaq stadion amili bizim üçün səbəb olmamalıdır.

- Bədavinin yoxluğunda, sən forma şansl qazanırsan. Qurban Qurbanov da bildirdi ki, Hüseynov ''Slovan''la matçda oynamayacaq. Bu barədə nə deyə bilərsən?

- Forma şansı qazandığıma görə, Qurban Qurbanova təşəkkürümü bildirirəm. Baş məşqçimiz nə zaman istəsə, oynamağa hazıram.

- Oyun praktikanın az olduğunu düşünmürsən?

- ''Qarabağ''da elə bir sistem formalaşıb ki, oyun praktikan az olsa belə, özünü rahat hiss edirsən. Buna görə heç bir problemim yoxdur. Çatışmazlıqlar çoxdur, işləmək lazımdır.

- Qrupda ''Fiorentina''dan başqa, hansı komandanı daha şanslı görürsən?  

- Qrup mərhələsində, öncədən bir şey demək mümkün deyil. İnşAllah, əlimizdən gələni edəcəyik.

 

- ''Slovan'' komandasını tam olaraq analiz etmisiniz?

- Hər şeydən öncə, əsas fikrimiz bu günki oyunda qələbə qazanıb,  daha sonra ''Slovan''a qarşı hazırlaşmaqdır.

 

- İlk oyunu ''Fiorentina''ya qarşı oynamaq daha yaxşı olardı? 

- Düşünürəm ki, o qədər də fərq yoxdur.  Doğrudur, ''Slovan'' ''Fiorentina''ya baxdıqda zəif rəqibdir. İlk matçda qalib gəlsək, daha yaxşı olardı.

Digər xəbərlər