AZƏRBAYCAN LİSENZİYALARDAN İMTİNA ETDİ

AZƏRBAYCAN LİSENZİYALARDAN İMTİNA ETDİ
Olimpiya, Digər
10 Sentyabr 2016 - 07:30
İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən  verilmiş, Gənclər və İdman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib.

Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar.

Xatırladaq ki, Rio-2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.

Digər xəbərlər