FANATLAR DÜNYA ÇEMPİONU ZABİT SƏMƏDOVA HÜCUM ETDİ - VİDEO

FANATLAR DÜNYA ÇEMPİONU ZABİT SƏMƏDOVA HÜCUM ETDİ - VİDEO
Kikboks, Digər, Video
08 Sentyabr 2016 - 22:51
zabit

Supersport.Az Bakıda azərbaycanlı döyüş ustası, dünya çempionu Zabit Səmədovun azarkeşləri ilə görüşündən videogörüntü təqdim edir.

"Park Bulvar"da böyük azarkeş izdihamı ilə keçən görüşdə idmançı pərəstişkarlarına avtoqraf verib, onlarla şəkil çəkdirib. Fanatlar dünya çempionuna hücum çəkib, istər idmançı, istərsə də mühafizəçilər çətinliklə üzləşib.

Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşmada rəqibin sinəsinə güclü diz zərbəsi endirərək nokaut edib. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib. Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. 32 yaşlı idmançı döyüş növlərində dəfələrlə dünya və Avropa çempionu adını qazanıb.


Süleyman

 

Digər xəbərlər