ŞEHİÇ İZLƏDİ, "QƏBƏLƏ"Lİ DARMADAĞIN OLDU - VİDEO

ŞEHİÇ İZLƏDİ, "QƏBƏLƏ"Lİ DARMADAĞIN OLDU - VİDEO
Futbol, Video
07 Sentyabr 2016 - 08:36
DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunlarına yekun vurulub.

 

Supersport.Az xəbər verir ki, H qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi Estoniyanı qəbul edib. "Qəbələ"nin futbolçusu Sergey Zenyovun formasını geyindiyi Estoniya yığması ağır məğlubiyyətlə üzləşib - 0:5.

 

"Qarabağ"ın bosniyalı qolkiperi İbrahim Şehiç oyunu ehtiyat oyunçular skamyasından izləyib. Zenyov isə 71 dəqiqədə meydanda olub.

 

Bosniya və Hersoqovina - Estoniya 5:0
Qollar:
Spahiç, 7, 90+2, Dzeko, 23 (pen.), Medunjanin, 71, İbişeviç, 83

 

 

Digər xəbərlər