FANATLAR AZƏRBAYCAN MİLLİSİNİ SAN MARİNODA QƏLƏBƏYƏ SƏSLƏDİ - VİDEO

FANATLAR AZƏRBAYCAN MİLLİSİNİ SAN MARİNODA QƏLƏBƏYƏ SƏSLƏDİ - VİDEO
Futbol, Eksklüziv, Video
03 Sentyabr 2016 - 08:51
Supersport.Az millimizi coşqu ilə qarşılayan azarkeşləri videogörüntüyə alıb.

Avropada Azərbaycan futbolunun əsas dəstəkverici qüvvəsi - "Milli Dəstə" fanklubu San Marinoya səfər edən yığma komandamıza dayaq olaraq qələbəyə səsləyib.

Bu azarkeş qrupu klublarımızın avrokuboklardakı səfər oyunlarında "Kəpəz", "Neftçi", "Qarabağ" və "Qəbələ"yə dəstək verib. "Milli Dəstə" üzvləri Dünya Çempionatının seçmə mərhələsində mübarizəyə qoşulacaq Azərbaycan millisinə sevgisini nümayiş etdirib.

Fanatlar, Avroliqanın qrup mərhələsində çıxış edəcək "Qarabağ" və "Qəbələ"ni Avropada yenə tək buraxmayacaq.

Qeyd edək ki, "Milli Dəstə" fanklubunun rəhbəri Niderlandda təhsil alan Şamil Mustafayevdir.

Anar Cəfərov, San Marino


 

Digər xəbərlər