RUNİ YIĞMADAN GEDƏCƏYİ VAXTI AÇIQLADI

RUNİ YIĞMADAN GEDƏCƏYİ VAXTI AÇIQLADI
Futbol
30 Avqust 2016 - 21:10
Supersport.Az-ın məlumatına görə, İngiltərə yığmasının kapitanı Ueyn Runi milli komandasından ayrılacağı vaxtı açıqlayıb.

Ulduz futbolçu, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kubokundan sonra bu addımı atacağını bildirib.

30 yaşlı Runi özünü yaşlı hiss etmədyini, milli komandasına fayda verməyi davam etdirmək istədiyini söyləyib.

Ueyn Runi sentyabrın 4-də dünya çempionatının seçmə mərhələsində İngiltərənin Slovakiya ilə qarşılaşmasında iştirak etsə, 115-ci dəfə milli komandasının formasını geyməklə Devid Bekhemin rekorduna çatacaq.

Runi 13 ildir çıxış etdiyi yığmada 115 oyunda 53 qol vurub.

Digər xəbərlər