MUSA QURBANOVDAN VƏFAT EDƏN FUTBOLÇUYLA BAĞLI AÇIQLAMA - VİDEO

MUSA QURBANOVDAN VƏFAT EDƏN FUTBOLÇUYLA BAĞLI AÇIQLAMA - VİDEO
Futbol, Eksklüziv, Video
28 Avqust 2016 - 12:36
Supersport.Az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov komandanın vəfat edən futbolçusu Maykl Umanyika haqda danışıb.


"Bu, komandaya çox mənfi təsir göstərib. Futbolçularda ruh düşkünlüyü yaranıb. Zaman getdikcə bunun aradan qaldırılacağını düşünürəm" – deyən klub rəhbəri bildirib ki, komandaya qoşulmamış futbolçu tibbi baxışdan keçirilən zaman hər hansı problem olmayıb.

Dünyasını dəyişdikdən sonra futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. İlkin rəyə əsasən, futbolçu ürəyində problemə görə vəfat edib.

maykl

Xatırladaq ki, avqustun 15-də "Zaqatala" klubunun Nigeriyadan olan 20 yaşlı futbolçusu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.

Digər xəbərlər