MİLLİMİZ ÇEXLƏRİ DARMADAĞIN ETDİ

MİLLİMİZ ÇEXLƏRİ DARMADAĞIN ETDİ
Futbol
27 Avqust 2016 - 22:00
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində növbəti qələbəsini qazanıb.

Supersport.Az-ın məlumatına görə, millimiz Çexiya yığmasını 5:1 hesabı ilə məğlub edib. Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir dəfə, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Çexiya komandasının yeganə qolunu avtoqolun müəllifi Yaroslav Kovarik vurub.

Yığmamız avqustun 28-də Macarıstan komandası ilə qarşılaşacaq.

Digər xəbərlər