DİNO NDLOVU: "DAİM MEYDANA ÇIXSAM, ÇOXLU QOL VURMAQ ASAN OLACAQ"

DİNO NDLOVU: "DAİM MEYDANA ÇIXSAM, ÇOXLU QOL VURMAQ ASAN OLACAQ"
Futbol
26 Avqust 2016 - 12:32
Avropa Liqasının pley-off mərhələsində İsveç “Göteborq”unu 3:0 məğlub edərək qrup mərhələsinə adlayan “Qarabağ”ın futbolçusu Dino Ndlovunun Supersport.Az-a müsahibəsi

 

- Oyun barədə fikirləriniz necədir?
- Biz əvvəlcədən də bilirdik ki, mərhələni keçməyə qadirik. İlk hissədə rəqibə göz açmağa imkan vermədik. Demək olar ki, birinci yarıdan sonra oyunun taleyi həll olunmuşdu. Bütün komanda ilə qələbəyə inanırdıq. Çox yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, qrup mərhələsində də bizə yaxşı rəqiblər düşəcək.

 

- Bu gün ilk “11-lik”də meydana çıxmağa hazır idiniz?

- Əlbəttə! İlk dəqiqələrdən meydanda olmağa hazır idim.

- “Qarabağ”la müqavilə imzaladığınız gün "Bu komandanı tanıyıram" demişdiniz. İndi isə bu klubun avrokubokda necə oynadığını canlı gördünüz. Təəssüratlar dəyişib?

- Komanda düşündüyüm kimi oynayır. Bundan əvvəl də məlumatım necə idisə, indi də elədir. Bizim yaxşı baş məşqçimiz və komandamız var. Heç bir çətinlik hiss etmirəm. Fikrimcə, daha da irəli gedə bilərik.

- Növbəti qarşılaşmalarda hədəfin nə olacaq?

- Mənim üçün ilk məsələ daimi heyətdə özümə yer edə bilməkdir. Bunun üçün hazırlaşacağam. Daim meydana çıxsam, çoxlu qol vurmaq asan olacaq.

Digər xəbərlər