"QARABAĞ" VƏ "QƏBƏLƏ"YƏ "MANÇESTER YUNAYTED", "FƏNƏRBAĞÇA" RƏQİB OLA BİLƏR

"QARABAĞ" VƏ "QƏBƏLƏ"YƏ "MANÇESTER YUNAYTED", "FƏNƏRBAĞÇA" RƏQİB OLA BİLƏR
Futbol
26 Avqust 2016 - 12:00
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ"nin bu gün Monakoda keçiriləcək püşkatma mərasimində qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək.


Supersport.Az-ın məlumatına görə, hər iki təmsilçimiz 4-cü səbətdə yer alacaq.


Bu da o deməkdir ki, "Mançester Yunayted", "İnter", "Roma", "Fənərbağça" komandalarımızın rəqibləri ola bilər.


Püşkatma mərasimi 15:00-da start götürəcək.


48 komandanın iştirak etdiyi Avropa Liqasında komandalar 12 qrupda mübarizə aparacaq. Qrup mərhələsinə 15 sentyabr tarixində start veriləcək.



Qrup mərhələsində iştirak edəcək komandaların səbətlər üzrə siyanısını təqdim edirik:

1-ci səbət:

"Şalke" (Almaniya), "Zenit" (Rusiya), "Mançester Yunayted" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Atletik" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Ayaks" (Niderland), "İnter" (İtaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Viktoriya" (Plzen, Çexiya)

2-ci səbət:

"AZ Alkmaar" (Niderland), "Braqa" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Roma" (İtaliya), "Fənərbağça" (Türkiyə), "Sparta" (Praqa, Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Genk" (Belçika), APOEL (Kipr), "Standard" (Belçika), "Sent-Etyen" (Fransa)

3-cü səbət:

"Gent" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Krasnodar" (Rusiya), "Rapid" (Vyana, Avstriya), "Slovan" (Liberets, Çexiya), "Selta" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Feyenoord" (Niderland), "Austria" (Avstriya), "Maynts" (Almaniya), "Sürix" (İsveçrə), "Sauthempton" (İngiltərə)
4-cü səbət:

"Panatinaikos" (Yunanıstan), "Sassuolo" (İtaliya), "Qarabağ" (Azərbaycan), "Astana" (Qazaxıstan), "Nitsa" (Fransa), "Zarya" (Ukrayna), "Astra" (Rumıniya), "Konyaspor" (Türkiyə), "Osmanlıspor" (Türkiyə), "Qəbələ" (Azərbaycan), "Hapoel" (Beer-Şeva, İsrail), "Dandolk" (İrlandiya).


Digər xəbərlər