"MARİBOR" - "QƏBƏLƏ" OYUNUNDA MACAR HAKİMLƏR

"MARİBOR" - "QƏBƏLƏ" OYUNUNDA MACAR HAKİMLƏR
Futbol
24 Avqust 2016 - 16:09
UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi cavab oyununun hakimləri məlum olub. Avqustun 25-də Sloveniyanın "Maribor" klubu ilə keçiriləcək səfər qarşılaşmasını macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kaşşai olacaq.
"Maribor" - "Qəbələ" matçı Mariborda “Lyusdki Vrt” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 18-də Bakıda keçirilib və "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunu

25 avqust

22:15. "Maribor" (Sloveniya) – "Qəbələ"

Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. “Lyusdki Vrt” srtadionu

Digər xəbərlər