"QARABAĞ"I MÜBARİZƏDƏN KƏNARLAŞDIRAN KOMANDA ÇL İLƏ VİDALAŞDI - VİDEO

"QARABAĞ"I MÜBARİZƏDƏN KƏNARLAŞDIRAN KOMANDA ÇL İLƏ VİDALAŞDI - VİDEO
Futbol, Video
24 Avqust 2016 - 09:48
Çempionlar Liqasında bu gecə baş tutan matçlardan sonra qrup mərhələsinə vədsiqə qazanan ilk komandaların adlarına aydınlıq gəlib.

Supersport.Az xəbər verir ki, "Qarabağ"ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran "Viktoriya" Plzen cavab matçı çərçivəsində Bolqarıstanın "Ludoqorets" klubunu qəbul edib.

 

İlk oyunda rəqibinə 0 -2 hesabı ilə məğlub olan Çexiya təmsilçisi cavab matçında bu məğlubiyyətin əvəzini çıxa bilməyib. 2 - 2 bərabərliklə başa çatan qarşılaşmanın nəticəsinə əsasən "Ludoqorets" ÇL-nin qrup mərhələsində oynamaq hüququ qazanıb.

 

Matçın icmalını təqdim edirik:

 

"Viktoriya" Plzen - "Ludoqorets" 2:2
QOLLAR:
Mixal Duris, 7, Ales Mateyu, 64 - Virgil Misidcan, 17, Klaudiu Keseru, 90

 

Виктория Пльзень - Лудогорец 2:2. Обзор матча. Квалификация ЛЧ. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Digər xəbərlər