AFFA KLUBLARI CƏRİMƏLƏDİ

AFFA KLUBLARI CƏRİMƏLƏDİ
Futbol
24 Avqust 2016 - 11:18
AFFA İntizam Komitəsi bir sıra qərarlar qəbul edib.

Premyer Liqanın III turunun "İnter" – "Kəpəz" matçında paytaxt klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Əvəzedici heyətlərin III turunun "İnter" – "Kəpəz" matçının 53-cü dəqiqəsində Gəncə klubunun 3 №-li futbolçusu Şəfi Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Digər xəbərlər