AÇILIŞ MƏRASİMİNIN ƏSAS MƏŞQLƏRİ BAŞLADI - VİDEO

AÇILIŞ MƏRASİMİNIN ƏSAS MƏŞQLƏRİ BAŞLADI - VİDEO
Şahmat, Digər
23 Avqust 2016 - 17:50
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır. Supersport.Az-ın məlumatına görə, artıq mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə açılış üçün hazırlanan dekorasiyanın və lazımi texniki avadanlığın quraşdırılmasına başlanılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələriylə bağlı məqamlar o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq. Avqustun 25-dən etibarən Bakı Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqləri başlayacaq.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.

Digər xəbərlər