"QARABAĞ"DAN "QARA BAZAR"LA BAĞLI MÜRACİƏT

"QARABAĞ"DAN "QARA BAZAR"LA BAĞLI MÜRACİƏT
Futbol
23 Avqust 2016 - 19:50
"Qarabağ” avqustun 25-də İsveçin “Göteborq” klubu ilə oyun üçün bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib. Supersport.Az-ın xəbərinə görə, klub özünün rəsmi Facebook səhifəsi vasitəsi ilə azarkeşlırdən xahiş edib ki, “qara bazar”dan bilet almasınlar.

“Xahiş edirik, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanlar sizlərdən əlavə bilet almağınızı istəsə, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı istəyəcəklər. Həmin şəxslər "qara bazar"ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə sizin bilet almağınız "qara bazar"ın yaranmasına, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur” – deyə müraciətdə bildirilib.

Digər xəbərlər