TOĞRUL ƏSGƏROV: "RƏQİBİN BAŞI ALMACIQ SÜMÜYÜMƏ DƏYDİ, GÖZÜM QARALDI"

TOĞRUL ƏSGƏROV: "RƏQİBİN BAŞI ALMACIQ SÜMÜYÜMƏ DƏYDİ, GÖZÜM QARALDI"
Olimpiya, Rio-2016, Digər, Güləş
21 Avqust 2016 - 23:43
"Olimpiya Oyunları 4 ildən bir keçirilir, sevinirəm ki, burdan Vətənə medalsız qayıtmadım, qayıtsaydım, neçə illik əziyyətim heçə gedərdi. Amma istərdim ki, qızıl olsun".

Supersport.Az xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Toğrul Əsgərov deyib.

O, finalda məğlubiyyətinə belə aydınlıq gətirib:

"Finaldan öncə keçirdiyim yarımfinal görüşü ağır oldu. Final görüşündə rəqibin bilmirəm başı, ya çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anda baş verdi, heç bilmədim necə oldu".

Digər xəbərlər