SOTOMAYOR GÜMÜŞ MEDAL QAZANDI

Olimpiya, Rio-2016, Digər, Boks
21 Avqust 2016 - 22:02


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulub. Supersport.Az saytının məlumatına görə, turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçirilib.nAzərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxıb. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Təəssüf ki, bu görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. İlk raundu tam üstünlüklə öndə bitirən Sotomayor ikinci hissədə rəqibindən geri düşdü.

Ancaq üçüncü raundda idmançımız olduqaca fəal döyüşsə də, yekunda hakimlər qələbəni özbək boksçuya veriblər - 1:2.

Boks yığmamızın hesabında isə əlavə 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

Digər xəbərlər