"İNTER"İN BAŞ MƏŞQÇİSİNDƏN HAKİMLƏRƏ İSMARIC - VİDEO

"İNTER"İN BAŞ MƏŞQÇİSİNDƏN HAKİMLƏRƏ İSMARIC - VİDEO
Futbol, Video
21 Avqust 2016 - 08:38


Supersport.Az "Kəpəz"lə oyunda sonra "İnter"in baş məşqçisi Zaur Svanadzenin fikirlərini videogörüntüyə alıb.

Gürcü mütəxəssis mətbuat konfransında hakimlərin ədalətsiz qərarlar verməsindən şikayətlənib:

"Oyun barədə nə deyə bilərəm? Hər şeyi özünüz gördünüz. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Penaltiyə qədər hər şey yaxşı gedirdi. Ancaq penaltidən sonra hər şey dəyişdi. İkinci hissəyə də yaxşı başlasaq da, qol buraxdıq. Uşaqlar xarakter nümayiş etdirərək, bərabərlik qolunu vurdular. Ötən çempionatda 6 dəfə bizim qapımıza penalti təyin ediblər. Bu, çoxdur. Artıq futbolçularda belə bir fikir formalaşıb ki, yenə qapımıza penalti təyin edəcəklər. Biz feyr-pleyin tərəfdarıyıq. Belə hal yaranmasın ki, hakimlər buraxdıqları səhvə görə sonra bizdən üzr istəsinlər".


 

Digər xəbərlər