"İNTER"Ə ZƏRBƏ VURAN HAKİM ÜZR İSTƏDİ - VİDEO

"İNTER"Ə ZƏRBƏ VURAN HAKİM ÜZR İSTƏDİ - VİDEO
Futbol, Eksklüziv, Video
20 Avqust 2016 - 16:13
Supersport.Az-a "İnter" – "Kəpəz" oyununun baş hakimi Ömər Paşayevin kobud səhvə yol verdiyini etiraf etdiyi haqda məlumat daxil olub. Məsələ burasındadır ki, qarşılaşmanın ilk hissəsində meydan sahibi komanda hesabda irəlidə olarkən adıçəkilən referi 28-ci dəqiqədə paytaxt klubunun qapısına penaltı təyin edib. Bundan sonra Gəncə komandası hesabı bərabərləşdirib.

Ehtimala görə, penaltı qərarı zamanı səhvə yol verdiyini etiraf edən Ö.Paşayev, "İnter"dən üzr istəyib. Paytaxt klubunun baş məşqçisi Zaur Svanadze də mətbuat konfransında buna işarə vurub. Hakimlərin ədalətsiz qərarlar verməsindən gileylənən gürcü mütəxəssis, deyib: "Oyun barədə nə deyə bilərəm? Hər şeyi özünüz gördünüz. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Penaltiyə qədər hər şey yaxşı gedirdi. Ancaq penaltidən sonra hər şey dəyişdi. İkinci hissəyə də yaxşı başlasaq da, qol buraxdıq. Uşaqlar xarakter nümayiş etdirərək, bərabərlik qolunu vurdular. Ötən çempionatda 6 dəfə bizim qapımıza penalti təyin ediblər. Bu çoxdur. Artıq futbolçularda belə bir fikir formalaşıb ki, yenə qapımıza penalti təyin edəcəklər. Biz feyr-pleyin tərəfdarıyıq. Belə hal yaranmasın ki, hakimlər buraxdıqları səhvə görə sonra bizdən üzr istəsinlər".

Digər xəbərlər