RİO-2016: MARİYA DURUNDA FİNALDA

RİO-2016: MARİYA DURUNDA FİNALDA
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 17:26


Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start verilib. Supersport.Az saytının məlumatına görə, Azərbaycanı Braziliyada Marina Durunda təmsil edir.

Olimpiadada debüt edən gimnastımız çoxnövçülük yarışında mübarizə aparır. Avropa Oyunlarının gümüş medalçısı bu gün başlayan təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışır.

Durunda yarışa həlqə ilə hərəkətlə başlayıb. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayış etdirib. Marinanın bu çıxışı da eyni xalla qiymətləndirilib. Üçüncü cəhdində gürzlə hərəkətlər nümayiş etdirən təmsilçimiz bu dəfə 17.683 xal toplayıb. Sonuncu hərəkətdə lentlə bacarıqlarını göstərən Durunda bu dəfə isə 17.733 xal toplayıb.

 

Bu nəticələrdən sonra ümumilikdə 70.348 xal toplayan təmsilçimiz 8-ci sırada qərarlaşaraq finala yüksəlməyi təmin edib.

 

Qeyd edək ki, 10 nəfərin iştirakı ilə keçiriləcək final mərhələsi isə sabah olacaq.

 

Durunda yarışa həlqə ilə hərəkətlə başlayıb. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, hələlik 4 idmançı arasında üçüncüdü.

 

Qeyd edək ki, 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.

Digər xəbərlər