RİO-2016: KAMRAN ŞAHSUVARLI UDUZARAQ, BÜRÜNC MEDAL QAZANDI

RİO-2016: KAMRAN ŞAHSUVARLI UDUZARAQ, BÜRÜNC MEDAL QAZANDI
Olimpiya, Rio-2016
19 Avqust 2016 - 00:01


Rio Olimpiadasında boks yarışları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün yığma komandamızın üzvü Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində mübarizə aparıb

Yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edən boksçumuz finala gedən yolda dünya çempionu Arlen Lopezlə (Kuba) qarşılaşıb.  Bu görüşdə uduzan K.Şahsuvarlı bürünc medalla kifayətlənib.

Qeyd edək ki, boks yığmamızın daha bir üzvü Lorenzo Sotomayor (64 kq) da yarımfinala vəsiqə qazanıb və çempionluq şansı davam edir.

Digər xəbərlər