RİO-2016: LORENZO SOTOMAYOR FİNALIN BİR ADDIMLIĞINDA - YENİLƏNİR

RİO-2016: LORENZO SOTOMAYOR FİNALIN BİR ADDIMLIĞINDA - YENİLƏNİR
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 08:17
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Supersport.Az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxacaq.

 

64 kq çəki dərəcəsində çıxış edən legioner boksçumuz 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdırıb. Dəri əlcək ustamız 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib. Bu rəqibini də arxada qoyaraq finalın bir addımlığına kimi irəliləməyi bacaran Lorenzo bürünc medalı da təmin edib.

 

Növbəti hədəf isə daha yüksək əyarlı medaldır. Bunun üçün isə Avropa Oyunlarının qızıl medalçısı olan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanı yolundan kənarlaşdırmalıdır.

 

Görüş saat 21:45-də start götürəcək

Digər xəbərlər