QURBAN QURBANOV: "BAKIDAKI OYUNDA DAHA ÇOX GÜC SƏRF ETMƏLİYİK"

QURBAN QURBANOV: "BAKIDAKI OYUNDA DAHA ÇOX GÜC SƏRF ETMƏLİYİK"
Maqazin, Futbol
19 Avqust 2016 - 06:30
Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçin "Qöteburq" komandasına məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nəysə fikirləşəcəyik. Şanslar əlli-əlliyədir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".

Digər xəbərlər