RİO-2016: DEMYANENKO VƏ OSİPENKO-RODOMSKAYA FİNALDA - YENİLƏNİR

RİO-2016: DEMYANENKO VƏ OSİPENKO-RODOMSKAYA FİNALDA - YENİLƏNİR
Olimpiya, Rio-2016, Digər
18 Avqust 2016 - 08:43


Bu gün Rio Olimpiadasında iki avarçəkənimiz finalda mübarizə aparacaq.

Supersport.Az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.

Kanoe Sprint

200 metr

Final

Start xəttinə ilk olaraq Aleksandr Demyanenko çıxacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə çıxış edən legioner idmançı təsnifat və yarımfinal mərhələsini uğurla başa vuraraq finala vəsiqə qazanıb. Medallar uğrunda mübarizədə onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq.

Qeyd edək ki, Kraytor idmansevərlərimiz üçün tanış simadır. Azərbaycan yığmasının sabiq üzvü olan kanoeçi Olimpiadaya son anda buraxılıb. Bu yarış Bakı vaxtı ilə saat 16:20-də start götürəcək.

Kayak

500 metr

Final

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.

Azarkeşlər bu yarışı saat 17:10-dan etibarən izləyə biləcəklər.

Digər xəbərlər