QURBAN QURBANOV: "QÖTEBORQ" ÜSTÜNDÜR"

QURBAN QURBANOV: "QÖTEBORQ" ÜSTÜNDÜR"
Futbol
18 Avqust 2016 - 01:35
Avropa Liqasının pley-off mərhələsinin ilk matçında İsveç “Qöteburq”unun qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini bildirib:

"Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunları oynayıb. "Qöteborq"un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Qöteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".

Digər xəbərlər